Cümə , 10 May 2024
Drone Cameras

Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsində vasitəçilik edib

Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsi razılaşmasında vasitəçi kimi çıxış edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

“Qətər ABŞ və Venesuela arasında bir sıra məhbusların mübadiləsində vasitəçilik rolunu uğurla həyata keçirib”, – bəyanatda qeyd edilib.

Qətər XİN-nin dövlət naziri Məhəmməd əl-Xuleyfi QNA agentliyinə məlumat verib ki, Karakas ABŞ-də saxlanılan Venesuela vətəndaşının Vaşinqton tərəfindən azad edilməsi müqabilində 10 amerikalı məhbusu azad edib.

Check Also

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Boyukmillet.com xəbər verir ki, bu …