Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Qəzaya düşən Suriya prezidentinin müşaviri xəstəxanada keçinib

Suriya prezidentinin müşaviri Luna əl-Şibl iyulun 2-də Dəməşq yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəstəxanada keçinib.

Boyukmillet.com xəbər verir ki, bu barədə SANA dövlət agentliyi ərəb respublikasının rəhbərinin ofisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, iyulun 2-də Əl-Şiblin idarə etdiyi avtomobil yoldan çıxaraq qəza törədib. Avtomobili idarə edən sürücü sağ qalıb və nəzarətə götürülüb. Suriya prezidentinin müşaviri ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilmişdi.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …