Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Qənimət Zahid ermənilərə necə işləyir? ANALİZ

 

Yaxud, “Azərbaycan saatı”nın “əqrəbləri” düşmənin yeni layihəsi kontekstində

Fransada “Azərbaycan saatı” adı altında dağıdıcı və satqın müxalifətin xəyanətkar siyasətini yürüdən Qənimət Zahidin daha öncələr də erməni lobbisinin pulları hesabına təlimatlandırılması barədə kifayət qədər yazılıb və deyilib. Bu barədə faktlar, sübutlar necə deyərlər, “N” qədərdir. Lakin onun hal-hazırda açıq-aşkar şəkildə erməni işğalına dəstək verməsi artıq bütün hədləri aşıb. İstər sətiraltı, istərsə də açıq qaydada Azərbaycan dövlətinin əleyhinə, Ermənistanın isə lehinə fikirlər səsləndirən Q.Zahid əlində olan bütün imkanlardan maksimum istifadə edir.

Əli Kərimlinin trolları belə, bəyənmələrin sayını artıra bilmirlər

Bəlli layihəsi vasitəsi ilə dövlət və xalq maraqlarına qarşı düşmən kəsilən xain şəxsləri “Azərbaycan saatı”na dəvət edib, erməni lobbisinin tezislərinə uyğun fikirlərin səsləndirildiyi həmin verlişə isə əlbəttə ki, mənfi rəylər daha çox yazılır, “Youtibe”də dislaykların (bənəyilməyən işarəsi-R.R.) sayı durmadan artır. Hətta Əli Kərimlinin trolları belə, bəyənmələrin sayını artıra bilmirlər. Bu isə sosial şəbəkə istifadəçilərinin əksə çoxluğunun sözügedən xainlikləri birmənalı şəkildə rədd etməsi anlamını isbatlayır.

Beləliklə, sual: Qənimət Zahid necə, hansı üsulla ermənilərə işləyir? Məsələ ondadır ki, verlişlərinin birində Q.Zahid Azərbaycanın cəbhəyanı Tərtər rayonunu “sərhədyanı ərazi” olaraq təqdim edib. Maraqlısı da budur ki, uzun illər “Azadlıq” qəzetinə baş redaktorluq eləmiş bu ünsürün bilərəkdən Tərtər rayonunu “sərhədyanı” adlandırması kimsədə şübhə doğurmur. Daha dəqiq desək, adam ən azından, illər boyu bu qəzetə rəhbərlik edib və siyasi incəliklərdən də xəbərsiz deyil.

Azərbaycanın cəbhəyanı ərazilərini “sərhədyanı” olaraq təqdim elə, bu vasitə ilə “DQR”-i “ərazi vahidi” kimi sətiraltı şəkildə ictimailəşdir və al qrantları nə qədər istəyirsən!

Bu baxımdan, Q.Zahidin qəsdən, bilərəkdən erməni dəyirmanına su tökməsi də şübhəsizdir. Çünki erməni lobbisinin xarici təşkilatlar vasitəsi ilə verdiyi tezisdə həmin amil tələb kimi qarşısına qoyulub – Azərbaycanın cəbhəyanı ərazilərini “sərhədyanı” olaraq təqdim elə, bu vasitə ilə “DQR”-i “ərazi vahidi” kimi sətiraltı şəkildə ictimailəşdir və al qrantları nə qədər istəyirsən!

Yəni bu fakt sübut edir ki, Q.Zahid ermənilərin yeni layihəsini həyata keçirir. Həmin layihənin təlimatçılarından biri isə nə qədər təəccüblü görünməsə də, “Sülh və Demokratiya İnstitunun” rəhbəri Leyla Yunusdur. Əgər onu da xatırlasaq ki, L.Yunus dəfələrlə (!) Azərbaycanın milli dövlətçilik maraqlarını erməni maraqlarına satıb, bu zaman nəyin-nə olduğunu nəticələndirmək çətin deyil.

Fakt isə budur ki, bu gün “xalqım”, “millətim” bağırıb, mitinqlər tələb edən dağıdıcı müxalifətin tərkib hissəsi sayılan ünsürlər reallıqda birbaşa düşmən qoltuğuna sığınıblar və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!

Rövşən RƏSULOV

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir