Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

Qərbi Azərbaycanlılar Muxtariyyat tələb etdilər

14.09.17. Bir  müddət  əvvəl  ölkə prezidenti  İlham Əliyev  müsahibələrinin  birində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi, Ermənistan  qonşularının  Azərbaycan torpaqlarından  qeyri-şərtsiz  çıxması, ölkəmizin ərazi bütövlüyünün  bərpası müqabilində  Dağlıq  Qarabağ vilayətinə hətta  “Muxtar Respublika”  statusu verilə  biləcəyini vurğulamışdı.

Bu məsələ Ermənistan cəmiyyətində birmənalı qarşılanmadı. Hakim dairələrdə ermənilərin  növbəti qələbəsi kimi  qeyd edilsə də, sonralar bu məsələnin  onların arzuladıqları  Dağlıq Qarabağa  nə “müstəqil  dövlət” statusu, nə də  “vilayətin Ermənistana birləşdirilməsi” məsələsinin  həll  olunmadığını  görüb daha aqressiv  mövqedə  dayanmağı üstün tutdular.

Bəzi dairələrdə isə  Dağlıq Qarabağ  ermənilərini  tam təmin edəcək ən yüksək  status  müqabilində  1988-1989-cu illərdə Qərbi  Azərbaycandan, İrəvan  xanlığı  torpaqlarından  vəhşicəsinə qovulmuş, var yoxları talan edilmiş 250.000  Azərbaycan  türklərinin  geri qayıtmasına  şərait  yaradılmasının  mümkünlüyü  vurğulanmış, onları himayə etməyə  hazır olduqlarını bildirmişlər. Qeyd edək ki, ermənilər  təxminən bu 30 il  ərzində  həmişə  qovulub çıxdıqları  bu  aborigen  əhalinin  heç bir  təzyiqə  məruz qalmadıqlarını, könüllü çıxıb  getdiklərini  bildirmiş, istədikləri vaxt geri qayıda biləcəklərini bildirmişlər.

Ermənilərin  türklər  adlandırdıqları bu 250.000 azərbaycanlı türklərin  (adrbecansi turker) Dağlıq  Qarabağa  veriləcək hər hansı bir yüksək statusu müqabilində  Ermənistan  torpaqlarında kompakt şəkildə yerləşdirilməsi, torpaq dəyişdirilməsi məsələsi 1990-cı illərin əvvələrindən, xüsusən erməni  prezidenti  L.T. Petrosyanın  hakimiyyəti dövründə  müzakirə  mövzusu idi. Lakin  nədənsə  kimlərin ambisiyası xatirinə  bu məsələ  birdən-birə aradan götürüldü.

Əslində  o zaman da, bu gündə Ermənistan  hakimiyyəti başa düşür ki,  Qərbi Azərbaycan torpaqlarının sahibləri Azərbaycan  türkləridir və o zaman onlar bütün  Ermənistanı kənd  təsərrüfatı məhsulları ilə təmin  edirdilər. İndi  bu torpaqlar sahibsiz-yiyəsiz qaldığından, yararsız hala düşdüyündən  heç nəyə yaramır.  Həmişə zəhmətsiz, əziyyətsiz həyat  tərzinə  alışmış erməni quldurları xarabalıqlara çevirdikləri  həmin torpaqları tərk edir,  xarici ölkələrə üz tuturlar.  Elə buna görə də son zamanlar erməni saytlarında, sosial şəbəkələrdə, orada  çəkiliş edilmiş  video görüntülərdə  türkləri  öz torpaqlarına, öz evlərinə qayıtmağa çağırış edir, bir yerdə yaşamağı arzulayırlar. İndi soxulub yaşadıqları türk evlərini  türklər üçün qoruyub saxladıqlarını bildirirlər. Qeyd edək ki,  bu gün Ermənistanda  minlərlə  türk kəndləri  tamamilə boşdur və əksəriyyəti   yer üzündən silinmək üzrədir.

Bu gün  belə  bir məqamdan hökmən istifadə etmək lazımdır.Bu məsələ  dövlət səviyyəsində  həll edilməlidir. Dağlıq Qarabağ  münaqişəsinin  danışıqları  zamanı, vilayətə yüksək səlahiyyətli imtiyazlar verilərsə, İrəvan  xanlığı torpaqlarında  da (İndiki Ermənistan) 1988-1989-cu illərdə  həmin torpaqlardan qovulmuş 250.000 mülki  əhaliyə kompakt  yaşamaq  üçün  Ermənistan dövlətindən ən azı  Dağlıq Qarabağın  4,4000 kvadrat kilometr  ərazisi qədər torpaq sahəsi  ayrılması və münasib  ərazilər sayılan  Göyçə və Zəngəzur Muxtar vilayəti yaradılması və əhalinin  həmin əraziyə köçürülməsi tələb olunmalıdır.

1988-ci ildən bəri, 30 ilə yaxın bir dövrdə  erməni quldurları tərəfindən İrəvan  xanlığı torpaqlarında  aparılmış son vandalizm  siyasəti nəticəsində  türk əhalisinin yaşadığını sübut  və təsdiq  edəcək  heç nə qalmamışdır.  Bütün  türk müsəlman abidələri  dağıdılmış,  yaşayış kənd və qəsəbələrin,  bütün toponimlərin  adları erməniləşdirilmiş, türk-müsəlman  əhaliyə  məxsus arxiv sənədləri  yandırılmışdır.  Çox təəssüf ki, 1988-1989-cu illərdə Azərbaycanda məskunlaşmış əhaliyə tələm-tələsik  Azərbaycan  vətəndaşlığı  statusu verilmiş Ermənistan vətəndaşı olmasını sübut edən sonuncu sənəd-sovet pasportu ləğv  edilmişdir. Həmin pasportda vətəndaşın kimliyi  erməni və rus dillərində  göstərilir, yaşadığı şəhər, rayon, kənd qeyd olunurdu. Kaş indi həmin pasportlar məhf  edilməyəydi…

Bu gün 1920-ci ildə  Ermənistandan  Azərbaycana  qovulmuş  Azərbaycan türkü ilə  1988-ci ildə   qovulmuşlar arasında tarixi müddət baxımından heç bir fərqləri yoxdur. Bu məsələ  barədə ciddi  tədbirlər görülməlidir.

Bizdən fərqli olaraq  Azərbaycan  vətəndaşı  olan bütün  ermənilərin  həmin  pasportları  ciblərindədir. Xarici  ölkələrdə  yaşayan  ermənilər  Azərbaycan vətəndaşılığı  pasportlarını   fəxrlə təqdim  edərək, yaxın  vaxtlarda  “doğma  Bakıya”  qayıdacaqlarını bildirirdilər.   Çünki  onların  da sənəd-sübut  var və heç bir başqa  öklənin  vətəndaşı deyillər.

Hazırda Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonların yalnız müharibə  yolu ilə  azad edilməsi üçün ən münasib  məqam yetişmişdir.  Yalnız bir məsələni həll etmək  lazımdır.  Hansı yolla, hansı vasitələrlə olursa olsun  , bütün məsələlərin  səbəbkarı  Rusiyanın  neytral mövqedə qalmasına  nail olmaq  lazımdır. Bu  kifayətdir ki, onun-bunun himayəsində  azğınlaşmış bu quldurlar yerlərin  bilsinlər.

Artıq dünyanın  bütün ölkələri , nüfuzlu ictimai siyasi  təşkiltalar , “Ermənistan” adlana qondarma bir dövlətin və bunu həyata keçirən  Qərbi Azərbaycanda,  Qarabağ  torpaqlarında  törətdikləri  antibəşəri əməllərini bizdən  yaxşı bilirlər. Xocalı faciəsi azğın düşmənə vurulmuş  faşizim damğasıdır.  Deməli bu 30 ilə yaxın bir müddətdə  Azərbaycan  xalqının  tarix düşmənə qarşı  apardığı  səmərəli  mübarizə öz bəhrəsini  vermişdir. Düşmənin kimliyi göz qabağındadır.

Müasir mərhələdə işğal edilmiş  torpaqların düşməndən azad edilməsi  üçün mübarizə  metodlarına  yenidən baxmaq  və daha kəskin mövqe tutmaq lazımdır.

           – ATƏT-in Minsk qrupunun  fəaliyyətinə son qoymaq və ehtiyyatda olan  dövlətlərin tərkibində yeni Minsk qrupu təşkil etmək!  (Amerika Prezidenti  Tramp hətta BMT-ni  insanların bir araya gəlib xoş vaxt  keçirdiyi “bir klub” adlandırır)

            – Azərbaycanın  tarixi  düşmənləri  olan  Ermənistan, Rusiya, Fransa  və İrana qarşı bütün  münasibətlərdə  kəskin mövqe tutmalı  və bu dövlətlərdə  həmfikir  olan Azərbaycanla ikibaşlı  oyun  oynayan  ölkələrlə  əməkdaşlığa  son qoymaq. (Mozambik kimi dövlətlərin Azərbaycanın ərazisi  bütövlüyünü tanımasına  ehtiyac yoxdur)

           –  Kütləvi informasiya  vasitələrində , sosial şəbəkələrdə  və s. “erməni xofu” yaradan  bütün verilişlər  qadağan edilməlidir. Xocalı faciəsinin görüntüləri , Azərbaycan əsgərininin  erməni əsgərinin  yaxasındakı  tüpürcəyi yalaması  və s. Hərbi vətənpərvərlik  mövzularına  geniş yer verilməlidir.

          – Televiziya kanallarında Toy-büsat, çal-çağır,  şənlik şoularına,  müxtəlif  mahnı, musiqi yarışmalarına  ciddi məhdudiyyət qoymalıdır. Ölkədə müharibə gedir. Hər ay şəhidlər veririk. Heç olmasa onların ruhuna hörmət etmək lazımdır.Bu bədbəxtlər nə üçün, niyə çalıb oxuduqlarını  özləridə bilmirlər.Bu günlərdə  Dünya  Azərbaycanlıları  Konqresinin (həmsədrlər  S.  Rüstəmxanlı və F. Pərvizniya)  tərkibində fəaliyyət  göstərən “İrəvan  xanlığı torpaqlarına dönüş”   ictimai  birliyinin  yığıncağı  keçirildi.  Yığıncaqda yuxarıda  qeyd olunan müxtəlif məzmunlu  məsələlər  müzakirə olundu.  Sonda bəyanat qəbul edildi.  Bəyanatda  tarixi  Azərbaycan  torpaqları olan  İrəvan  xanlığı  torpaqları (29.000 kvadrat kilometr)  oradan bir əsr ərzində  qovulmuş  3,5 milyon  Azərbaycan türkü  və müsəlmanların  acı taleyi diqqətə çatdırıldı. Bəyanatda 1988-1989-cu illərdə  İrəvan  xanlığı  torpaqlarından (indiki Ermənistan)  qovulmuş 250.000 Azərbaycan türkünün  öz  dədə-baba yurduna  qayıtması  və Ermənistan  adlanan  dövlətin  ərazisində kompakt  yaşaması  üçün  muxtar  vilayətin  yaradılması  tələb olundu. Bəyanat rus, erməni, ingilis dillərinə tərcümə edilərək  Ermənistan dövlətinə və dünyanın  nüfuzlu ictimai-siyasi təşkilatlarına ünvanlandı.

 

Səməndər Çaxmaqlı

Dünya Azərbaycanlıları Konqres

“İrəvan Xanlığı torpaqlarına Dönüş”

 İctimai Birliyinin rəhbəri 

Check Also

O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik” O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir