Şənbə , 21 Dekabr 2024
Drone Cameras

“Qırmızı bağ” filmi Mannheim-Heidelberg Festivalına dəvət edilib

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, “Qırmızı bağ” festivala təqdim olunan 800 film arasından seçilərək, 15 tammetrajlı bədii filmlər siyahısına daxil edilib. Festival noyabrın 10-dan 20-dək Almaniyanın Manhaym və Haydelberq şəhərlərində keçiriləcək.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

Qeyd edək ki, filmin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında baş tutub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir