Cümə axşamı , 20 İyun 2024
Drone Cameras

Qadınla kişinin ağıl müqayisəsində parkovka amili…

Hər zaman qarşılaşdığımız mənzərədir. Əlində sürücülük vəsiqəsi, altında gözəl maşını olan, hətta uzun illər boyu düz yolda avtomobil idarə etmək təcrübəsinə malik 100 qadından uzağı 10-u normal parkovka etməyi bacarır.

Mən mükəmməl demirəm ha, normal deyirəm. Uzun müddət bunun səbəbini araşdırdım. Elmi izahını belə verdilər ki, insan beyini iki yarımkürədən ibarətdir. Birində məlumat emal olunur, ötürülür o birisinə. İkinci yarım kürədən hərəkət üzvlərinə siqnallar gəlir.

Babalı deyən alimlərin boynuna, onlar deyir ki, qadınlarda həmin yarımkürələrdən biri kişilərdən qat-qat zəif inkişaf edib. Bax bu səbəbdən də onlar mükəmməl parkovka etməyi bacarmırlar. Bunun izahı belə verilirsə, deməli- strategiya qurmaq, taktiki addımlar atmaq (biclik və fitnə-fəsad demirəm) , dərin mövzuları mənimsəmək baxımından da qadınlar kişilərlə müqayisə oluna bilməz.

Orta məktəb təcrübənizə müraciət edin. Mənimsənilməsi İti beyin tələb edən: fizika, riyaziyyat kimi dəqiq elmləri sinifinizdə oğlanlar yaxşı mənimsəyirdi, yoxsa qızlar? Kimsə istina hal kimi alim riyaziyyatçı və ya maşını kişidən də mükəmməl parkovka etməyi bacaran qadın adları çəkə bilər.

Bunlar istisnalardı. Söhbət mütləq əksəriyyətdən gedir. Bir faktla razıyam ki, Azərbaycan cəmiyyətinin istənilən sahəsində qadınlar üçün pul qazanmaq imkanları kişilərdən qat-qat asandır. Bunu cinslər arasındakı karyera irəliləyişindəki fərqə də şamil edə bilərəm. Bu səbəbdəndir ki, Şəhriyarın fikiri belə sərt müqavimətlə qarşılanır…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Check Also

Neftçilər dəmir otaqlarda nəfəs ala bilmədiklərini deyirlər

“SOCAR şikayəti araşdırmaq əvəzinə, mətbuata danışanları axtarır” Dövlət Neft Şirkətinin “28 May” Neft və Qazçıxarma …