Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Qahirədə Azərbaycan-Misir münasibətlərinə həsr olunan konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və ölkəmizin Misirdəki səfirliyinin iştirakı ilə Xarici Məsələlər üzrə Misir Şurası, nüfuzlu “Əl-Əhram” və “Əl-Cumhuriyyə” müəssisələri, “Əl-Hivar” Siyasi və Media Araşdırmaları Mərkəzi, Mədəniyyət Forumu Mərkəzində bir neçə görüş və tədbir keçirilib. Bundan başqa, Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsinin nəzdində fəaliyyət göstərən Tədqiqatlar, Siyasi Araşdırmalar və Mədəniyyətlərarası Dialoq Mərkəzində konfrans təşkil edilib.

SAM-ın direktor müavini Gülşən Paşayeva keçirilən görüşlərdə Azərbaycan-Misir münasibətlərinə toxunaraq, ölkəmizin ötən illər ərzində siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində qazandığı nailiyyətləri qeyd edib və hər iki dövlətin beynəlxalq arenada bir-birini dəstəklədiyini vurğulayıb. O, Xarici Məsələlər üzrə Misir Şurasının direktoru səfir İzzət Səd ilə Azərbaycan-Misir əlaqələrinə dair mövzular ətrafında müzakirələr apararaq, Şura ilə SAM arasında əlaqələrin yaradılması, elmi əməkdaşlığın genişləndirilməsi məsələsindən bəhs edib.

Misirin nüfuzlu “Əl-Cumhuriyyə” qəzetinin baş redaktoru Fəhmi Ənbə ilə keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin tarixi aspektlərinə toxunulub, siyasi, iqtisadi, mədəni əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Gülşən Paşayeva həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti, Ermənistanın təcavüzkar siyasəti, regional inkişafa və təhlükəsizliyə törətdiyi maneələr barədə məlumat verib.

Baş redaktor F.Ənbə Misirin BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məlum qətnamələrini dəstəklədiyini və ölkəsinin Azərbaycanın yanında olduğunu bildirib.

SAM-ın nümayəndə heyəti, həmçinin Misirin tanınmış “Əl-Əhram” müəssisəsinin nəzdində fəaliyyət göstərən “Beynəlxalq siyasət” və “Demokratiya” jurnallarının baş redaktorları, “Əl-Hivar” Siyasi və Media Araşdırmaları Mərkəzində tanınmış politoloqlar, jurnalistlər, keçmiş diplomatlar ilə görüşüb. Görüşdə elmi əməkdaşlığın perspektivləri müzakirə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib.

SAM, “Əl-Hivar” Siyasi və Media Araşdırmaları Mərkəzi və Azərbaycanın Misirdəki səfirliyi tərəfindən ölkələrimiz arasında münasibətlərə həsr olunan konfrans da keçirilib. Konfransın “Misir və Azərbaycan: çoxşaxəli əlaqələr”, “Beynəlxalq təşkilatlarda Misir və Azərbaycan məsələləri”, “Misir və Azərbaycan: Gələcəyə baxış” adlı panellərində iştirak edən Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsinin dekanı Hala Səid, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, SAM-ın direktor müavini Gülşən Paşayeva, eksperti Kamal Qasımov, Misirin Qahirə, Ayn Şəms, Helvan universitetlərinin professorları mövzularla bağlı çıxış ediblər.

Konfransda Misir parlamentinin üzvləri, ölkənin tanınmış politoloqları, nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri, ictimai-siyasi, elm xadimləri və Qahirə Universitetinin tələbələri iştirak ediblər.

Görüşlər və konfrans Misirin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir