Cümə , 26 Aprel 2024
Drone Cameras

20 Yanvar – Qan yaddaşımız, şərəf salnaməmiz



Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, gəlişi də çox bilinmir. Bədbəxtlik isə uçura-uçura, dağıda-dağıda gəlir. Bədbəxtliyi heç kim öz xoşuna seçmir, özü gəlib bizi tapır.
Xalqımızın başına açılan oyunlar kimi…
Ölkəmizin tarixinə qanlı hərflərlə yazılan o gün.

Artıq 20 yanvar hadisəsindən 31 il keçir. Bu tarix insanlığa törədilmiş ən ağır cinayətlərdən biri kimi daim yaddaşımızda qalacaqdır.
1990-cı ilin 20 yanvar günü, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi bir tarixdir. 1990-cı il yanvarın 19 -dan, 20-sinə keçən gecə saat 23-30 da Bakıda keçmiş sovet ittifaqının qoşunları fövqaladə vəziyyət elan etmədən şəhərə yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itgin düşmüşdür. Sovet ordusunun xüsusi təyinatlı dəstələri, daxili qoşunların iri kontigentinin Bakını zəbt etməsi, xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayət edilmişdir. Onlar yollarda insanları, avtomobilləri, hətta təcili yardım maşınlarını basaraq keçirdilər. Qaçan adamları atəşə tutur, yaralıları güllələyirdilər. 1990-cı il yanvarın 19-da Azərbaycanı canından çox sevən insanlar, tələbələr, ziyalılar Bakıya yeridiləcək qoşunların yolunu kəsmək üçün, şimal qapısındakı küçələrə toplaşmış, sipər qurmuşdular. Bu vətən sevgisinin ən yüksək göstəricisi idi. Havanın soyuğu, həyəcanlı xəbərlər insanları çəkindirmirdi. Əksinə insan sıraları daha da sıxlaşırdı.
Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarda 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 qanunsuz həbs olunmuşdu. Fəqət 20 yanvar tariximizin təkcə faciəsi deyil, həm də şərəf, ləyaqət səhifəsidir.

Dünya Azərbaycan xalqının ümummilli məsələlərdə birləşərək qətiyyət nümayiş etdirməsinin, müstəqillik, azadlıq uğrunda şəhid vermək əzminin şahidi oldu.
Şəhid olan kəs bir yanar şama bənzəyir, yanaraq ətrafdakıları, cəmiyyəti isidir, onlara işıq bəxş edir. Lakin özü gedir, gedir, amma ətrafdakıları və cəmiyyəti yaşadır.

Tarixən ŞƏHİDLƏR bizim millətin yanar ŞAMI, qeyrət və namus rəmzi olmuşlar. Hər il biz 20 yanvarda şəhidlərə matəm saxlamaqla, bir millət olaraq yenidən namus, qeyrət, qəhrəmanlıq, şücayət məktəbini xatırlayırıq. Yenidən DƏMİR YUMRUQ kimi birləşirik.!!

Müstəqil Azərbaycan xalqı 31 ildən sonra YENİ TARİX yazdı. Bu canlarını müstəqil Azərbaycan yaratmaq üçün qurban vermiş, 20 yanvar şəhidlərinin də arzusu idi. Müzəffər ordumuz, güclü siyasi iradəyə malik Ali Baş Komandanımız bütün şəhidlərimizin arzularını gerçəkləşdirdi. Erməni işğalında inildəyən torpaqlarımızı azad etdi.
Rahar uyuyun, şəhidlər, qisas qiyamətə qalmadı. Bütün şəhidlərimizə Allah rəhmət eləsin!

YASƏMƏN MÖHÜBBƏTQIZI.
“Dövlət və Qanun” qəzetinin baş redaktoru.
Jurnalistlər Birliyinin Üzvü.

Beynəlxalq Sülh Səfiri.

ISBAM sədrinin müşaviri

Check Also

MÖHSÜM QƏDİROĞLU: KİŞİLİK KARVANININ, SƏRRAF SARVANI!!

Ayaq tutdun, sən güc aldın Göyçədən,Göyçə səndən borc gözləyir qardaşım.Elə çalış, elə yaşa, vuruş ki,İnciməsin, …