Şənbə , 28 Dekabr 2024
Drone Cameras

Qarabağın gözlədiyi xaç yürüşü

Erməni general regional balansın real vəziyyətindən danışıb

Serj Sarkisyan prezident İlham Əliyevlə görüşündə, böyük ehtimalla, heç bir praktiki qərarla razılaşmayacaq və status-kvonun davam etdirilməsinə çalışacaq.

Boyukmillet.com-ın məlumatına görə, bu ehtimal erməni mətbuatının və Rusiyanın ermənipərəst KİV-lərinin İrəvanda oktybrın 6-da Sarkisyanla ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşünə verdiyi reaksiyadan sonra yaranır. Görüş barədə verilən məlumatlarda İqor Popovun (Rusiya), Stefan Viskontinin (Fransa) və Endryu Şafferin (ABŞ) Sarkisyanla söhbət zamanı Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün mümkünlüyü müzakirə olunub. 

ATƏT-in Minsk qrupunun həmsədrlərivə Ermənistan prezidenti Serj Sarkisyan

ATƏT-in Minsk qrupunun həmsədrlərivə Ermənistan prezidenti Serj Sarkisyan

Erməni mətbuatının materiallarından belə görünür ki, Serj Sarkisyan və komandası həm də Vladimir Putinin Qarabağ münaqişəsinin nizamlanmasını BMT-nin səlahiyyətinə verilməsi ilə bağlı qərarına qarşı çıxır və status-kvonun saxlanması üçün ATƏT-in Minsk qrupunun saxlanmasına çalışır. Vladimir Putin həmin təklifi oktyabrın ilk günlərində  Kremldə 20 ölkənin yeni səfirini qəbul zamanı bildirmişdi və BMT-nin regional  münaqişələrin həllinə xüsusi diqqət yetirməli olduğunu vurğulamışdı.

Bu təklifə açıq-aydın qarşı gedənlərdən biri Rusiyanın ermənipərəst “Regnum” portalının şərhçisi, politoloq Stanislav Tarasovdur. O, münaqişənin həllinin BMT Təhlükəsizlik Şurasına verilməsinin yeni heç bir şey vəd etmədiyini iddia edir: “Çətin ki, BMT Təhlükəsizlik Şurasının Qarabağ üzrə məşhur və Bakının istinad etməyi sevdiyi çox sevdiyi dörd qətnaməsini həyata keçirmək niyyətindədir”.

Tarasov bu məsələdə vətəndaşı olduğu Rusiyanın lideri Vladimir Putinin mövqeyini də vecinə almır və ABŞ dövlət katibi Reks Tillersonun bir biəyanatına istinad edərək Vaşinqtonun guya regionda status-kvonu saxlamaqda maraqlı olduğunu iddia edir.

Ermənistanın populyar analitika portalı “Lragir” isə öz oxucularını az-qala xristian dünyasının Azərbaycanın üzərinə xaç yürüşünə başladığını inandırmağa çalışır. Məqalədə iddia edilir ki, sən demə, ABŞ və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, Rusiya isə Azərbaycana Avrasiya İttifaqına daxil olmaq üçün Ermənistanla razılaşmağı buyurur.

Ermənistan Kürdüstana hərbi qüvvə göndərir

Əslində isə, erməni şərhçilər arzuladıqlarını gerçəklik kimi təqdim etməyə çalışırlar. Onlar yeri gəldi – gəlmədi Avropanın sərhədlərinin Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttindən keçdiyini iddia edirlər. Yəni onların düşüncəsinə görə, bütün xristian dövlətlər birləşərək Qarabağı Azərbaycandan qoparıb Ermənistana verməlidirlər. Bu məsələdə müəyyən qədər Rusiyanın və digər qərb ölkələrinin orta səviyyəli oxucularının dini təəssübkeşliyindən yararlanmaq istəyirlər.

Amma bu da var ki, dövlətləri orta səviyyəli insanlar yox, siyasətçilər idarə edir və onlar öz ölkələrinin maraqlarına uyğun şəkildə hərəkət edirlər. Ermənistanda da bunu dərk edənlər var və zaman-zaman çıxış edərək, Don Kixotluq edən siyasətçilərə və şərhçilərə çılpaq həqiqətləri başa salmağa çalışırlar.

Məsələn, Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevosyan “1in.am”a verdiyi müsahibəsində Ermənistanın Rusiyanın təsirindən heç zaman çıxa bilməyəcəyini vurğulayıb. O, erməni şərhçilərin qərbin Azərbaycanı dəstəkləməməsi barədə səsləndirdiyi iddiaları da təkzib edib: “Azərbaycanın yanında ona demək olar ki, hər işdə yardım edən böyük qardaşı (Türkiyə – red.) var. Həm də ona yardım edən dövlətlər var. Pakistan, Amerika və başqaları Azərbaycanın yanındadırlar”.

Erməni generalın dedikləri Azərbaycanın balanslı siyasətinin yaranmış durum üçün ən doğru olduğunu göstərir. Azərbaycan bütün imkanlardan istifadə edərək öz hərbi gücünü artırmalı və Qarabağ münaqişəsini açıq üstünlüklə həll etməyə qadir səviyyəyə qaldırmalıdır. Təbii ki, diplomatiyamız da Ermənistanın səbatsız addımlarının mütəmadiliyini dünyaya isbatlamaqla münaqişənin hərb yolu ilə həllinə beynəlxalq dəstək almalıdır. Onda Minsk qrupu da, həmsədrlər də, lap Ermənistanın özü də Azərbaycanın bütün tələblərini yerinə yetirməyə hazır olacaq. (İstiPress)

Boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir