Ötən gün Premyer Liqada 2016/17 mövsümünün çempionu müəyyənləşib. Ağdamın “Qarabağ” klubu qızıl medalları XXVI turda təmin edib.
Əyalət klubu “İnter”lə səfər oyununda (3:0) xal hesabını 56-ya çatdırıb. 2-ci pillədə qərarlaşan “Qəbələ” səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğundan Qurban Qurbanovun yetirmələri sona 2 tur qalmış 1-ci yeri təmin edib. İzləyicisini 7 xal qabaqlayan “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə Azərbaycan çempionu olub.
Trend PFL-ə istinadən məlumat verir ki, Ağdam təmsilçisi ölkə futbolu tarixinə ardıcıl 4 mövsüm 1-ci yeri tutan ilk komanda kimi düşüb. 2013/14, 2014/15, 2015/16 mövsümlərində də çempion olan “Qarabağ” ilk uğurunu 1993-cü ildə əldə edib.
Qeyd edək ki, ümumilikdə “Neftçi” 8, “Qarabağ” 5, “Kəpəz” 3, “İnter”, “Bakı”, “Şəmkir” 2, “Turan”la “Xəzər Lənkəran” isə 1 dəfə Azərbaycan çempionu olub.
1992 |
“Neftçi” (Bakı) |
1993 |
“Qarabağ” (Ağdam) |
1993/94 |
“Turan” (Tovuz) |
1994/95 |
“Kəpəz” (Gəncə) |
1995/96 |
“Neftçi” (Bakı) |
1996/97 |
“Neftçi” (Bakı) |
1997/98 |
“Kəpəz” (Gəncə) |
1998/99 |
“Kəpəz” (Gəncə) |
1999/2000 |
“Şəmkir” |
2000/01 |
“Şəmkir” |
2001/02 |
yarımçıq qalıb |
2003/04 |
“Neftçi” (Bakı) |
2004/05 |
“Neftçi” (Bakı) |
2005/06 |
“Bakı” |
2006/07 |
“Xəzər Lənkəran” |
2007/08 |
“İnter” (Bakı) |
2008/09 |
“Bakı” |
2009/10 |
“İnter” (Bakı) |
2010/11 |
“Neftçi” (Bakı) |
2011/12 |
“Neftçi” (Bakı) |
2012/13 |
“Neftçi” (Bakı) |
2013/14 |
“Qarabağ” (Ağdam) |
2014/15 |
“Qarabağ” (Ağdam) |
2015/16 |
“Qarabağ” (Ağdam) |
2016/17 |
“Qarabağ” (Ağdam) |