Çərşənbə , 26 Yanvar 2022
Home » İdman » “Qarabağ” və “Neftçi” Türkiyədə ilk oyunlarına çıxır

“Qarabağ” və “Neftçi” Türkiyədə ilk oyunlarına çıxır

Bu gün “Qarabağ” və “Neftçi” komandaları Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcəklər.

Boyukmillet.com-un məlumatına görə, paytaxt klubu Macarıstan “Kişvarda”sı ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

“Qarabağ” Rumıniya “Qaz Metan”ı ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Premyer Liqanın digər təmsilçisi “Səbail” də ilk yoxlama matçına çıxacaq. “Dənizçilər” Bakıda “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Gloria Sports Arena”da məskunlaşan “Qarabağ” yanvarın 21-i “Şlyonsk Vroçlav” (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə üz-üzə gələcək. Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.

“Neftçi” yanvarın 19-da “Visla” (Plotsk, Polşa), yanvarın 24-də “MOİK – 1948” (Bolqarıstan) komandası ilə üz-üzə gələcək. “Səbail” yanvarın 18-də və 24-də “Keşlə” ilə, yanvarın 21-də isə MOİK-lə oynayacaq.

Check Also

Cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bakının Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində 18 yaşadək cüdoçular arasında …