Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Qarabağ” yatağının çıxarılabilən neft ehtiyatlarının həcmi açıqlandı

“Qarabağ” yatağının ümumi ehtiyatları 60 mln tondan çox qiymətləndirilir.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə “Qarabağ” əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov deyib.

Onun sözlərinə görə, yataqdan çıxarılabilən neft ehtiyatları 21 milyon tondan artıq, qaz ehtiyatları isə 13 milyard kubmetr hesablanır.

“Yataqda inşa olunacaq platformadan 6 neft quyusunun, 3 su vurma quyusu və 2 sualtı qaz quyusunun qazılması planlaşdırılır. Yataqdan gündəlik 5 min tondan çox, maksimum 4,5 mln kubmetr qaz hasilatı nəzərdə tutulur”.

Qeyd edək ki, yataqda hasilata 2022-ci ilin sonunda başlanılması planlaşdırılır.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib.

Xatırladaq ki, “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR-la “Equinor” (keçmiş “Statoil”) şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50% paya malikdir.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …