Cümə , 19 Aprel 2024
Drone Cameras

Qarabağın bütün yaşayış məntəqələrinin ümumi planı hazırlanacaq

Bu ilin noyabr ayının sonuna qədər Azərbaycanın işğaldan azad edilmiş bütün yaşayış məntəqələrinin ümumi planının hazırlanması nəzərdə tutulur.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, hazırda bütün aidiyyəti orqanlarla bu istiqamətdə müzakirələr aparılır.

“Müzakirələr bütün kommunikasiyalar üzrə gedir. Ümumi planla bağlı noyabrın sonuna qədər dəqiq məlumat verə bilərik”, – deyə o, qeyd edib.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …