Cümə axşamı , 20 İyun 2024
Drone Cameras

Qarşıdakı əfvdə siyasi məhbuslar azad edilə bilərmi? – RÜFƏT SƏFƏROV DEYİR Kİ…

Prezident Yanında Əfv Məsələləri Komissiyası artıq öz işini yekunlaşdırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gununsesi.info-ya danışan komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib ki, ötən aydan bəri davam edən iclaslarda 700-ə qədər ərizəyə baxılıb: “Sonuncu iclasda isə 100 ərizəyə baxıldı. Komissiyanın yekun siyahısı cənab prezidentə təqdim ediləcək”.

Qeyd edək ki, 28 May Respublika Günü münasibəti ilə Azərbaycan prezidentinin əfv sərəncamı olacaq.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda isə Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Bəs görəsən, bu siyahıdan kimlər əfvə düşə bilər? 

Müdafiə Xətti İnsan Haqları Təşkilatının rəhbəri Rüfət Səfərov Gununsesi.info-ya açıqlamasında gözlənilən əfv sərəncamı haqqında danışıb: “Mən açığı gözləmirəm ki, bu əfv Azərbaycanda siyasi məhbus problemini aradan qaldıracaq. Müəyyən bir qism adamlar var ki, onların azadlığa buraxılması gözləniləndir. İranla Azərbaycan hökuməti arasındakı son yaxınlaşmadan sonra belə bir fikir yaranıb ki, həbsdəki dindarlar siyahıda olsun. Bir də köhnə siyasi məhbuslar var ki, onların da azadlığa çıxması mümkün ola bilər. Çünki, onların yerini yeniləri doldurub. Hazırda ölkənin vətəndaş cəmiyyətinin tanınmış simaları və jurnalistlər həbsdədir. Onların istintaq altında olmasını nəzərə alsaq,  bu sərəncamda adlarının olmaması gözləniləndir”.

Rüfət Səfərov hesab edir ki, Azərbaycanın müttəfiqi olan Türkiyə belə Avropa İttifaqına yaxınlaşma kursunu götürüb: “Türkiyə hökuməti artıq ölkənin gələcəyi üçün bunu edir. İstər ABŞ, istərsə də Aİ ilə aparılan danışıqlarda Ərdoğan hökuməti siyasi məhbus və media azadlığı məsələlərində müsbətə doğru addım atılacağına dair vədlər verir.  Ona görə də Azərbaycan da siyasi məhbus problemini həll etməlidir”. 

Check Also

Elvin Əşrəfzadə: İnklüzivlik COP29 sədrliyinin mühüm prinsiplərindən biridir

İnklüzivlik BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədrliyinin mühüm prinsiplərindən …