Bazar , 22 Mart 2026
Drone Cameras

Qazaxda baba ehtiyatsızlıqdan nəvəsini güllələyib, uşağın ayağı amputasiya edilib

Qazax rayonunda baba ehtiyatsızlıqdan nəvəsinə xəsarəti yetirib.
“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobildə özünə məxsus “TOZ-34” markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.
Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-34” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Check Also

ABŞ və İsrail İranın Natanzdakı atom obyektinə zərbə endirib

ABŞ və İsrail İranın Natanz şəhərindəki atom obyektinə zərbə endirib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən xəbər verir …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir