Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Qazaxıstan Prezidenti: Biz Azərbaycanın tarixi qələbəsinə ürəkdən sevinirik

Biz Azərbaycanın tarixi qələbəsinə və ölkənin bütün ərazisində suverenliyini bərpa etməsinə ürəkdən sevinirik.

Boyukmillet.com Akordaya (Qazaxıstan Prezident Administrasiyası) istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasında deyib.

“Biz ticari-iqtisadi, investisiya əməkdaşlığımız, beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətimizlə bağlı sözün əsl mənasında bütün məsələləri ətraflı müzakirə etdik və ümumi nəticələrə gəldik. Qazaxıstan və Azərbaycan əslində strateji tərəfdaşdır, müttəfiq dövlətlərdir. Hökumətlərin bu gün imzalanmış sənədlər və sazişlər şəklində əldə olunacaq razılaşmaları həyata keçirəcəyini başa düşsək, perspektivlər çox yaxşıdır”, – o bildirib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …