Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qazi və şəhid ailələrinə hərtərəfli sosial qayğı və dövlət dəstəyi göstərilir

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə görüşlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan dövlətinin və xalqının onlara minnətdar olduğunu ifadə ediblər.

Ötən dövr ərzində qazilərin sağlamlığa qovuşması üçün bütün mümkün vasitələrdən istifadə edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Xüsusən qeyd etmək lazımdır ki, həmin protezlər kifayət qədər bahalıdır.

İctimai birliyin sədri qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən əldə edilən Zəfər qələbəsindən sonra Vətən müharibəsi şəhidlərinin ailələrinin və qazilərinin mənzillə təminatına başlanıb: “Proses sürətlə və növbəlilik əsasında davam etdirilir. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni yaranmış ən kiçik situasiyalara görə də sosial tərəfdaşları ilə birgə qərarlar qəbul edərək, heç bir şəhid ailəsini və qazını diqqətdən kənarda qoymur və problemlərin həlli istiqamətdə əməli addımlar atır. Son illərdə şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlər dəfələrlə artırılıb. Birinci vitse-prezident Mehriban Əliyevanı tapşırığı ilə şəhid ailələri və qazilərin problemlərinin həll edilməsi üçün fondlar və digər qurumlar tərəfindən çoxlu tədbirlər həyata keçirilib”.

O, daha sonra deyib: “Çox təəssüf ki, bəzi şəxslər şəhid ailələri və qazilərin adından istifadə etməklə cəmiyyətdə qanunlara tabesizlik mühiti yaratmağa cəhd edir. Eyni zamanda, əvvəllər müxtəlif yollarla əldə edilən saxta əlillik dərəcələrinin ləğvi də onları narahat edir. Çünki bu şəxslərin qanunsuz əməlləri ifşa edilir və əldə olunan vəsaitlər ehtiyacı olan şəxslərin sosial müdafiəsinə yönəldilir. Bu kimi yüzlərlə tədbir ölkədə aparılan uğurlu sosial islahatlar çərçivəsində vətəndaşların sosial rifahının yaxşılaşdırılması və sosial xidmətlərə ədalətli çıxışın təmin olunmasını hədəfləyir.

Ötən müddətdə mütəmadi olaraq şəhid ailələri və qazilər Prezident İlham Əliyevin göstərişi ilə müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarının genişmiqyaslı və çevik sosial dəstək tədbirləri ilə əhatə olunması üçün görülən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Hesab edirəm ki, dövlət – xalq birliyini heç bir qüvvə poza bilməz”.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …