Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə beynəlxalq konfrans keçirilib

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı  “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində Bosniya və Hersoqavinanın Nümayəndələr Palatasında beynəlxalq konfrans keçirib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan konfransda bu ölkədən olan millət vəkillərinin, hökumət rəsmilərinin, alim, ekspert, QHT və media təmsilçiləri iştirak edib.
Konfransı giriş sözü ilə açıq elan edən Bosniya və Hersoqavinadan olan moderator, QHT rəhbəri Rizvan Haliloviç mövzu ilə bağlı qısa məlumat verib.
Sonra çıxış edən Bosniya və Hersoqovinadan olan QHT rəhbəri Jasmin İmamoviç Dağlıq Qarabağ mövzusunda istər Bakıda, istərsə də Sarayevoda həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.
Daha sonra geniş təqdimatla Azərbaycan Demokratik Tələbə Gənclər Təş sədri Asif Əsgərli məruzə edib.
 Dağlıq Qarabağ probleminin tarixi köklərini, gerçək səbəblərini, real vəziyyəti və Azərbaycanın haqlı ədalətli mövqeyini öz çıxışında ətraflı təqdim edən Asif Əsgərli münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini vurğulayaraq Ermənistan tərəfini beynəlxalq qanunlara əməl etməməkdə, 20 faiz torpaqlarımızı hələ də işğal altında saxladığını bildirdi.  Sonra məruzə ətrafında ekspertlər çıxış edərək Azərbaycanın ərazi bütövlüyüynə, ədalətli mövqeyinə öz dəstəklərini ifadə edərək dünya birliyini Ermənistana qarşı ciddi tədbirlər görmək istiqamətində çağırışlar etdilər. 
Sonda konfransın adından erməni nasist cinayətkarı Qaragen Njdeyə Bolqarıstanda abidə ucaldılmasına etiraz bəyanatı qəbul edildi və bu Bosniya və Hersoqovina KİV-lərinə yayımlanıb.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …