Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş konfrans keçirilib.
APA-nın xəbərinə görə, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə baş tutub. Şura tərəfindən müstəqilliyin 25 illiyinə həsr olunmuş sənədli film nümayiş olunub.
Millət vəkili Elman Nəsirov konfransda enerji təhlükəsizliyi və Dağlıq Qarabağ münaqişəsi mövzusunda çıxış edib. O qeyd edib ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirib: “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var””.
Heydər Əliyevin keçirdiyi bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin əsas yer tutduğunu vurğulayan E. Nəsirov deyib ki, Azərbaycanın dövlət müstəqilliyi çox qiymətlidir.
Daha sonra tədbir çıxışlarla davam etdirilib.