Bazar , 28 Aprel 2024
Drone Cameras

Qırğızıstanda Vətən Müharibəsinə həsr olunmuş kitab nəşr edilib

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə növbəti  töhfə olaraq “44 günlük müqəddəs müharibənin xronologiyası” adlı 3 cildlik kitabın birinci cildi işıq üzü görüb.

Yüksək poliqrafik üslubda işıq üzü görən 508 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərın Sıyasətınə Dəstək Fondu tərəfindən hazırlanaraq çap edilib.

Qeyd edək ki, Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri böyük vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur.

Kitabda 44 günlük müharibə ərzində müvafiq Dövlət qurumları rəhbərlərinin keçirdikləri brifinqlər, görüşlər, müsahibələr  xronoloji ardıcıllıqla verilib.

Ulu Öndərimiz Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək idi.

Biz, bunu  2020 ci il noyabr ayının 8 də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanını ziyarət edərkən  Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində dediyi sözlərdən də görürük: -“Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Bişkekdəki “Uluu Toolor” nəşriyyatında çap edilən “44 günlük müqəddəs müharibənin xronologiyası” 3 cildiliyi kitabında yer almış bütün materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-dan götürülüb.

Kitabın rus dilində çap edilməsi ondan təkcə Türkdilli dövlətlərində deyil, bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək. Onu da vurğulayaq ki kitabın Bişkekdə nəşr edilməsi Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, həm də digər ölkərdə  sevilməsindən xəbər verir.

Fond öz ənənəsinə sadiq qalaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr etdirdiyi bu 151 ci  kitabı da pulsuz yayacaq.

Xatırladaq ki, kitabın ilk təqdimatı Fondun Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Bişkekdə nəşr etdirdiyi kitablarla birlikdə Şuşada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən “Planetlə dialoq” adlı filmin premyerası zamanı nəzərdə tutulur.

Check Also

Azərbaycan kitabları Özbəkistanda sərgilənib

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan ümumrespublika kitab həftəsində Azərbaycan kitabları sərgilənib. Boyukmillet.com xəbər verir ki, …