Cümə axşamı , 1 Dekabr 2022
Home » İqtisadiyyat » Qiymətləndiricilər Cəmiyyəti Türkiyə qiymətləndiriciləri ilə əməkdaşlıq edəcək

Qiymətləndiricilər Cəmiyyəti Türkiyə qiymətləndiriciləri ilə əməkdaşlıq edəcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) sədrinin Türkiyə təmsilçisi Mikayıl Mirzəzadə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci ilə görüşüb.
Boyukmillet.com xəbər verir ki, AQC-dən bildirilib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə birlik sədrinə məlumat verən M.Mirzəzadə 1999-cu ildən fəaliyyət göstərən qurumun ticari assosiativ struktura malik ilk kollektiv ictimai birliklərindən olduğunu diqqətə çatdırıb. Bu ilin mayında keçirilən konfransdan sonra cəmiyyətin fəaliyyətində ciddi dönüş yarandığını vurğulayan AQC sədrinin təmsilçisi əlavə edib ki, qurum beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir: “Azərbaycanla Türkiyə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də Türkiyə Dəyərləmə Uzmanları Birliyi ilə fəal əməkdaşlıq etmək niyyətindədir”.
AQC sədri Vüqar Orucla Türkiyə səfəri zamanı görüşüb əməkdaşlığın detallarını müzakirə edəcəklərini diqqətə çatdıran Y.Bahçeçi qeyd edib ki, birgə təlimlərin keçirilməsi, qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi qarşıda duran əsas hədəflərdən biridir. Y.Bahçeci Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında memorandumun imzalanması təşəbbüsünü yüksək qiymətləndirib və bundan sonra münasibətlərin daha da inkişaf edəcəyini deyib.
AQC sədri Vüqar Orucun noyabrda Türkiyəyə səfəri çərçivəsində əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.

 

Check Also

Dünya reytinqində olan beynəlxalq şirkət AQC-yə üzv oldu – Üzv sayı 57-yə çatdı

Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, “Baker Tilly Audit Azərbaycan” beynəlxalq şirkətinin AQC-yə qoşulması …