Cümə , 17 Aprel 2026
Drone Cameras

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

2026-cı ilin fevralında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti “Comex” birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 4 950 ABŞ dollarını ötüb.

Boyukmillet.com xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiq edir.

Bakı vaxtı ilə saat 03:01-də qiymətli metalın dəyəri bir troya unsiyası üçün 4 950,1 ABŞ dolları (+0,75 %) təşkil edib.

Saat 03:06-da isə qızılın qiyməti artımı sürətləndirərək bir troya unsiyası üçün 4 955,9 ABŞ dollarına (+0,86 %) çatıb.

Check Also

Hesablama Palatasının ötən il aşkarladığı uyğunsuzluqların məbləği açıqlanıb

Hesablama Palatası 2025-ci ildə Azərbaycanda icmal büdcənin icrası və layihəsi üzrə 299,1 milyon manatlıq uyğunsuzluq …