Cümə , 27 Fevral 2026
Drone Cameras

Quaydodan Venesuelaya sanksiya çağırışı: “Müvəqqəti prezident” bu dəfə Avropa Birliyinə müraciət etdi

Quaydodan Venesuelaya sanksiya çağırışı: “Müvəqqəti prezident” bu dəfə Avropa Birliyinə müraciət etdi

Özünü Venesuelanın “müvəqqəti prezidenti” elan edən Xuan Quaydo Avropa Birliyinə prezident Nikolas Maduroya təzyiqlərin artırılması istiqamətində çağırış edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” mətbu orqanı məlumat yayıb.

Quaydo Avropa Birliyinə, ABŞ kimi, Venesuela prezidenti Nikolas Maduro hökumətinə qarşı yeni sanksiyaların tətbiq edilməsini təklif edib: “Avropa Birliyinin ABŞ tərəfindən tətbiq edilən sanksiyalar kimi, Venesuelaya yeni sanksiyalrın tətbiq edilməsinə ehtiyacımız var”.

Müxalifətə verdiyi dəsətəyə görə Almaniya və Avropa ölkələrinə minnətdarlığını bildirən Quaydo Avropa Birliyinin Maduroya ultimatum verilməsi üçün ciddi fəaliyyət göstərdiyini qeyd edib.

ABŞ-ın maliyyə naziri Steven Mnuçin Maduro hakimiyyətinə qarşı sanksiyalar tətbiq etdiyini və bu məqsədlə Venesuelanın PdVSA şirkətinin ABŞ-dakı 7 milyard dollarlıq maliyyə vəsaitini dondurub. Amerikalı nazir bu maliyyə vəsaitinin Xuan Quaydonun nəzaərətinə veriləcəyini bildirib.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir