Cümə , 26 Aprel 2024
Drone Cameras

Qubadlıda SSRİ dövrü ilə müqayisədə üç dəfə böyük ərazidə taxıl əkiləcək

“Bu il Qubadlı rayonunda 9 min hektar ərazidə taxıl əkiləcək. Bu da SSRİ dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Həmin illərdə rayonda taxıl sahələri 3,4 min hektar ərazini əhatə edirdi”.

Boyukmillet.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib.

Bundan başqa, onun sözlərinə görə, Qubadlıda yenidən şəkər və yem çuğundurunun da əkilməsi nəzərdə tutulub.

“Rayon işğaldan azad edildikdən sonra orada müəyyən işlər görülüb, mövcud bağlara qulluq edilib, hazırda isə payızlıq taxıl əkininə hazırlıq gedir. Ötən təsərrüfat ilində ilkin olaraq müəyyən araşdırmalar və qiymətləndirmələr aparılıb, torpaqların vəziyyəti qiymətləndirilib, taxılla yanaşı şəkər və yem çuğunduru əklilib. Bu il də bu işlərin görülməsi planlaşdırılır”, – İ.Cümşüdov deyib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …