Çərşənbə , 8 May 2024
Drone Cameras

QÜDRƏT HƏSƏNQULİYEV YÜKSƏK RANQLI MƏMURLAR ARASINDA NECƏ “MUTİŞİQLİK” EDİB?…

Deputad, BAXCP sədri Qüdrət Həsənquliyev haqqında son dövrlər daha ciddi iddialar səslənməkdədir.Onun cəbhə hakimiyyəti dövründən bu günə qədər fəaliyyətini mənsub olduğu təşkilata xəyanət etməkdə,yaxın dostlarını satmaq,hakimiyyət daxilində müəyyən şəxslərin ruporu rolunu oynaması və daha nələr…Deputat və siyasətçi kimi yarıtmaz fəaliyyəti göz önündə olan, Həsənquliyevin yenidən 9 fevralda keçirilən parlament seçkilərində iştirakı birmənalı qarşılanmadı.Ciddi narazılıqla müşahidə olunan seçkilərdə Q.Həsənquliyevin də yenidən deputat seçilməsi etirazla qarşılandı. Eyni dairədən namizəd olan İya Şaşlova Xətai 36-cı dairədən keçirilən seçkilərin saxta keçirildiyini və bir çox ciddi ittihamlar Həsənquliyevin haqqında səsləndirib.Fransada yaşayan keçmiş ədliyyə işçisi Vidadi İsgəndərli Q.Həsənquliyev haqqında daha ciddi ittihamlar irəli sürərək,şok faktlar açıqlayıb.Xatırladaq ki,Vidadi İsgəndərli 2 il əvvəldə Həsənquliyev haqqında şok məlumat vermişdir.O zaman çoxları deyirdi ki,bu informasiyadan sonra onu həbs edəcəklər.

V.İsgəndərli videoaçıqlamasında bildirir ki,onunla tanışlığı 1992-ci ildə Ukraynada başlayıb.O zamanlar Həsənquliyevin Əli Kərimli ilə də dostluq etdiyini bildirən V.İsgəndərli açıqlamasında 2000-ci ildə Əli Kərimlinin tərəfindən Həsənquliyevin AXCP-nın nümayəndəsi olaraq MSK-ya katib göndərildiyini və Qüdrətin bütün xəyanətinin bundan sonra başladığını bəyan edir..İsgəndərli videoaçqlamasında bir sıra iddialar irəli sürür və Qüdrət Həsənquliyevin pul qazanmaq üçün bəzi məmurlar haqqında əlaltından gizli məlumatlar toplayaraq onlara qarşı şantaj həyata keçirdiyini iddia edir.Bu gün Həsənqliyevin bu qədər irəliləməsində hakimiyyətdə olan bəzi məmurları şantaj vasitəsilə əldə etdiyini bildirir.Qüdrət ilə yaxın dost olduğunu və təkcə ailə sirrlərini paylaşmadıqlarını,qalan bütün məlumatları bir-birləri ilə bölüşdüklərini İsgəndərli açıqlayır.O,davam edərək Həsənquliyevin bütün məlumatları Kamaləddin Həydərovla oturub yeyib içib əldə etdiyini deyir..Daha sonra həmin məlumatları ona çatdırırmış. V.İsgəndərli daha bir şok iddia ortaya ataraq ona danışdığı məlumatları mətbuata ötürməyini ondan  xahiş etdiyini danışır.Daha sonra ağır sözlərlə davam edərək “Q.Həsənquliyev o qədər satqın, etibarsız adam idi  ki, ətrafında olan, ona çörək verən insanlara qarşı satqınlıq edirdi.Təssəvür edin kiminsə məlumatını mənə danışırdı.Sonra gedib həmin adamın yanından mənə zəng vurub yalvarıb xahiş edirdi ki, o məlumatı verməyin. Məlum məsələdir ki,həmin adamdan da bunun müqabilində kifayət qədər vəsait alırdı.Qüdrət, Kamaləddin Heydərovla münasibət yaratdıqdan sonra daha ciddi məlumatlara sahib oldu.Və bu münasibətdən kifayət qədər yararlanmağı bacardı.Yaxın qohum-əqrabasını vəzifəyə qoydu,bacılarını xəstəxanalara baş həkimi təyin etdirdi. Qüdrət üçün fərqi yox idi dost,yoldaş…O,ancaq öz mənfəətini güdən adam idi.” Vidadi daha sonra bildirir ki,Həsənquliyev İqbal Ağazadə haqqında spiker Oktay Əsədova şikayət etmişdir.İ.Ağazadənin o zaman parlamentdə aktivlik göstərməsi Həsənquliyevi narahat edirmiş. Buna görə də parlament sədrinə şikayət edərək,Ağazadəyə mane olmağa çalışıb.İsgəndərli iddia edir ki,Milli Məclisin sədri Qüdrətə bildirib ki,” bəs Ağazadə, Eldar Mahmudovun kadırıdır biz ona toxuna bilmərik.” Vidadi İsgəndərli sonra video müsahibəsindəRamiz Mehdiyev və Kamaləddin Heydərov arasında olan davadan söz açıb.O, deyib ki,Q.Həsənquliyev bu haqda ona məlumat verərək iki məmur arasında davaya səbəb Mehdiyevin kürəkəni İlham Əliyev olub. Belə ki O, Heydərovun yanına gedərək spirtli içki monopoliyasının ona verilməsini xahiş edib.Lakin sonuncu ona bildirib ki bu mümkün deyil. Bu və buna bənzər şok iddialar açıqlayan Vidadi İsgəndərli iri məmurlar arasında gedən qovğanın epiçentirində Q.Həsənquliyevin  məlumat daşıdığını və bu yolla deputatlıq mandatını qoruyaraq yaratdığı biznes şəbəkəsini  QÜDRƏTLƏNDİRMƏYƏ çalışdığını bildirib.

“Q.Həsənquliyev o qədər satqın, etibarsız adam idi  ki, ətrafında olan, ona çörək verən insanlara qarşı satqınlıq edirdi.Təssəvür edin kiminsə məlumatını mənə danışırdı.Sonra gedib həmin adamın yanından mənə zəng vurub yalvarıb xahiş edirdi ki, o məlumatı verməyin. Məlum məsələdir ki,həmin adamdan da bunun müqabilində kifayət qədər vəsait alırdı.Qüdrət, Kamaləddin Heydərovla münasibət yaratdıqdan sonra daha ciddi məlumatlara sahib oldu.Və bu münasibətdən kifayət qədər yararlanmağı bacardı.Yaxın qohum-əqrabasını vəzifəyə qoydu,bacılarını xəstəxanalara baş həkimi təyin etdirdi. Qüdrət üçün fərqi yox idi dost,yoldaş…O,ancaq öz mənfəətini güdən adam idi.” Vidadi daha sonra bildirir ki,Həsənquliyev İqbal Ağazadə haqqında spiker Oktay Əsədova şikayət etmişdir.İ.Ağazadənin o zaman parlamentdə aktivlik göstərməsi Həsənquliyevi narahat edirmiş. Buna görə də parlament sədrinə şikayət edərək,Ağazadəyə mane olmağa çalışıb.İsgəndərli iddia edir ki,Milli Məclisin sədri Qüdrətə bildirib ki,” bəs Ağazadə, Eldar Mahmudovun kadırıdır biz ona toxuna bilmərik.” Vidadi İsgəndərli sonra video müsahibəsində Ramiz Mehdiyev və Kamaləddin Heydərov arasında olan davadan söz açıb.O, deyib ki,Q.Həsənquliyev bu haqda ona məlumat verərək iki məmur arasında davaya səbəb Mehdiyevin kürəkəni İlham Əliyev olub. Belə ki O, Heydərovun yanına gedərək spirtli içki monopoliyasının ona verilməsini xahiş edib.Lakin sonuncu ona bildirib ki bu mümkün deyil. Bu və buna bənzər şok iddialar açıqlayan Vidadi İsgəndərli iri məmurlar arasında gedən qovğanın epiçentirində Q.Həsənquliyevin  məlumat daşıdığını və bu yolla deputatlıq mandatını qoruyaraq yaratdığı biznes şəbəkəsini  QÜDRƏTLƏNDİRMƏYƏ çalışdığını bildirib.


  Vidadi İsgəndərli həbsdə olduğu zaman onun ailəsinə hər ay 500 manat yardım etdiyini də videoaçıqlamasında deyib.Yaxın dostlar olan Vidadi və Qüdrət əlaqələrinin pozulması və İsgəndərlinin Həsənquliyev haqqında şok və ağır ifadələr işlətməsi informasiya saytı olaraq diqqətimizdən yayına bilməzdi.Əslində bu açıqlamadan aydın və açıq-aşkar görsənir ki köhnə “hüquqşünas dostların ” tonlarla çörək kəsməklərinə baxmayaraq bir-birlərinə qarşı satıb-almaq münasibətləri qurmuşlar.Həmin video müsahibə, həm mühacir müxalifətin, həm sözdə müxalifətin tam deformsiyaya uğradığını bariz nümunəsidir.İllərdir deputat Q.Həsənquliyevin hərakat dostlarına,liderinə xəyanət yolu tutaraq mandat qazandığını və bu yolla yalnız varidat topladığının şahidiyik.Bu gün əslində V.İsgəndərli kimilərin xarici ölkələrdə oturaraq Azərbaycan dövlətçiliyinə qarşı “meydan sulamaqları” Q.Həsənquliyev kimi işbaz deputatların və korrupsioner məmurların əməllərinin nəticəsidir.V.İsgəndərli də bu gün əli çatmadığına görə dostu Həsənquliyevin paxırını açaraq, bu yolla qisasını alır.

Zəruri qeyd: Vidadi İsgəndərlinin Azərbaycan dövlətinə və cəmiyyətimizə qarşı etdiyi mənəviyyatsız çıxışlarına daim kəskin etirazımızı bildirmişik.Bu yazını yazmaqla “Göstər dostunu deyim kimsən”mənasında Q.Həsənquliyevin V.İsgəndərli kimiləri ilə dostluğuna da diqqət çəkmək istədik.

Boyukmillet.com

İnformasiya portalı

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …