Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Ramil Tağıyev : “Azərbaycan xalqı öz müstəqilliyinə və daha parlaq gələcəyinə səs verdi!”

“Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, güclü və sürətlə inkişaf edən bir ölkədir. 2020-ci ildə 30 il davam edən işğala birdəfəlik son qoyduqdan sonra, Azərbaycanın tezliklə özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa edəcəyi də artıq heç kimdə şübhə doğurmurdu. Bu, xalqımızın səbirsizliklə və həyəcanla gözlədiyi hadisə idi və ötən il bu gözləntilər də reallığa çevrildi.

Azərbaycan xalqı bu parlaq zəfərlərin siyasi-iqtisadi bazasının yaradılmasına və onların reallaşdırılmasına nə qədər güc, enerji sərf olunduğunu hamıdan yaxşı bilir. Ölkəmiz nə əldə etdiyi tarixi qələbələrinə, nə dünya birliyində hazırda sahib olduğu mövqelərinə, nə də indiki inkişaf səviyyəsinə asanlıqla nail olmayıb. Bütün bunları əldə etmək üçün Azərbaycan xalqı müstəsna əzmkarlıq, fədakarlıq, birlik və mübarizlik nümayiş etdirmişdir. Ən əsası da budur ki, 2003-cü ildə xalqımız ölkəni bu günlərə gətirə biləcək yeganə Liderini düzgün seçməklə ən müdrik addımını atmışdır. Eynilə bu il, fevral ayının 7-də keçirilmiş prezident seçkilərində də xalqımız 21 il bundan öncə etdiyi tarixi seçimində məhz öz iradəsinin ifadə olunduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.”

Bu sözləri metbuata verdiyi açıqlamasında Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ- nin direktoru Ramil Tağıyev deyib.

Fikirlərini davam etdirən müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi, prinsipiallığı və qətiyyəti, dünya siyasi və dövlət xadimləri arasında malik olduğu şəxsi nüfuzu, müdrikliyi, uzaqgörənliyi, diplomatik məharəti, yüksək sərkərdəlik qabiliyyəti və bütün hallarda yalnız ümumxalq mənafelərini üstün tutması müasir müstəqil Azərbaycanımızın bugünkü uğurlarına möhkəm zəmin yaratdı və onları reallaşdırdı: “Etiraf olunmalıdır ki, son 21 il ərzində Azərbaycan bir çox ölkələrin bəlkə də 50-60 ilə qət edə bilməyəcəkləri möhtəşəm inkişaf yolu keçib. İctimai həyatın bütün sahələrində müşahidə olunan tərəqqi, iqtisadiyyatımızın inkişaf dinamikası, insanların rifah səviyyəsinin durmadan yüksəlişi, hər il artan minimal əməkhaqqı və pensiya təminatı, əhalinin aztəminatlı hissəsinə, xüsusən də şəhid ailələrinə, müharibə qazilərinə və iştirakçılarına göstərilən həqiqətən də böyük qayğı – bütün bunlar birbaşa cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasətin möhtəşəm nəticələrinin bir hissəsidir. Bu gün Azərbaycan vətəndaşı sözün əsil mənasında özünü təhlükəsizlikdə hiss edir. İstər ölkə daxilində asayişin, ictimai-siyasi sabitliyin tam təmin olunması, istərsə də yarana biləcək xarici təhdidlərin qarşısını vaxtında və qətiyyətlə almağa qadir olan ordumuzun və digər güc strukturlarının mövcudluğu ölkənin təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Azərbaycanın beynəlxalq nüfuzu sadəcə Avropanın enerjiyə olan tələbatını ödəməklə əldə olunmur. Bu nüfuz ilk növbədə Azərbaycan Prezidentinin ABŞ, Fransa, Almaniya kimi qlobal dünya güclərinin hökumət və dövlət rəhbərlərinin ölkəmizə qarşı istənilən qərəzli mövqedən olunan hücumlarına dərhal və qətiyyətlə cavab verməsi, Azərbaycanın sadəcə müdafiə olunacaq və özünə bəraət istəyəcək ölkə olmadığını hər kəsə nümayiş etdirməsi, lazım gəldikdə ən böyük beynəlxalq təsisatlara belə uğurla rəhbərlik edə biləcəyini sübuta yetirməsi ilə əldə olunur. Yalnız dövlət başçımızın bu səyləri və keyfiyyətləri nəticəsində Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Əlbəttə ki, qədirbilən Azərbaycan xalqı bütün bunları hər kəsdən də yaxşı bilir və hər kəsdən də daha düzgün və yüksək qiymətləndirir. Bu səbəbdən də xalqımız öz alternativsiz Liderinə sonsuz inamını bir daha nümayiş etdirərək və öz parlaq gələcəyinin quruculuq işini məhz Qalib Prezidentinin rəhbərliyi ilə davam etdirmək qətiyyətini yenidən təsdiq etdi. Bu seçkilərdə Azərbaycan xalqı öz gələcəyinə, özünün rifah yüksəlişinə və müstəqilliyinə səs verdi” – deyə,
Ramil Tağıyev fikirlərini tamamlayıb.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …