Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Ramiz Göyüşov bu gün YAP-dan çıxarılır

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək. İclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsi daxil edilib.

İclasda YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılıb.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib

Check Also

Tağı Əhmədov, Şəmsəddin Hacıyev və Məlahət İbrahimqızı YAP-dakı vəzifələrindən azad olunublar

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad edilib. Boyukmillet.com …