Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə yanaşı, həm də  274-cü, yəni dövlətə xəyanət maddəsi ilə ittiham edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi üsrə istintaq davam edir. İstintaq çərçivəsində Ramiz Mehdiyevin qanunsuz əməlləri ilə bağlı ortaya çıxan bəzi faktlar ictimaiyyiləşdirilib ki, bu faktların hər biri  cəmiyyətdə geniş müzakirələrə səbəb olub. 

Hazırda istintaqın diqqət mərkəzində olan əsas şəxs Ramiz Mehdiyev olsa da, aydındır ki, boz kardinal öz şəxsi ambisiya və planlarını təkbaşına həyata keçirə bilməzdi və bunun üçün ona güclü komanda lazım idi. Hələlik bu komandaya daxil olan bəzi şəxslərin adı bəlli olsa da, bütövlükdə komandanın əsas heyətinin kimliyi ilə bağlı rəsmi məlumat yoxdur. Komandaya daxil olan şəxslərin kimliyi ilə bağlı sadəcə ehtimallar səslənir ki, bu ehtimallar arasında doğruluğu şübhə doğurmayan əsas isimlərdən biri sabiq MTN şefi Eldar Mahmudovdur.  

Nazir işlədiyi dönəmdə külli miqdarda qanunsuz sərvət əldə edən, yol verdiyi zorakılıqlar və maliyyə fırıldaqları ilə beynəlxalq aləmdə belə özündən söz etdirən Eldar Mahmudov, məhz Ramiz Mehdiyevin sayəsində uzun müddət öz postunu qoruyub saxlamış, eyni zamanda öz növbəsində aparat rəhbərinə ciddi dəstək vermişdir. Bu baxımdan Ramiz Mehdiyev işi çərçivəsində Eldar Mahmudovla bağlı ciddi faktları ortaya çıxması, sabiq nazirə məxsus bir çox əmlakın müsadirəsi mümkündür.

 

Ramiz Mehdiyev işi çərçivəsində sabiq müdafiə sənayesi naziri mərhum Yavər Camalov və onun yaxınlarına məxsus əmlakların da müsadirəsi ehtimalı var. Buna səbəb Yavər Camalovun Ramiz Mehdiyev dönəmində fəaliyyət göstərməsi, keçmiş aparat rəhbəri ilə yaxın münasibətlərə malik olması ehtimalıdır. Unutmaq olmaz ki, mərhum nazir sahib olduğu çoxsaylı daşınmaz əmlakın, eləcə də Bakının “göbəyindəki” bahalı restoranların böyük əksəriyyətini məhz Ramiz Mehdiyevin aparat rəhbəri olduğu dönəmdə əldə edib. Ramiz Mehdiyevin isə öz komandasında yer almayan bir şəxsin bunca böyük maddi gücə, nəhəng sərvətə sahib olmasına laqeyd qaldığı inandırıcı görünmür. Bu baxımdan Eldar Mahmudovla yanaşı, Yavər Camalova, yaxud onun yaxınlarına məxsus bəzi əmakların müsadirə edilməsi tamamilə mümkün görünür. 

İstənilən halda, hər iki sabiq nazirin sahib olduğu sərvətin mənbəyinin araşdırılması şəffaflığın təmin olunması baxımından zəruridir.

Check Also

Azərbaycan və Rusiya “AZAL” təyyarəsinin qəzası ilə bağlı problemlərin həlli üçün praktik addımlar atacaq

Azərbaycan və Rusiya 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli …