Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Ərdoğan od püskürdü: “Osmanlı silləsi görməyiblər”

“Bu torpaq qanla yoğrulub”
“Bizi vursalar qarşılığını görəcəklər deyənlərə deyəsən ömürlərində heç vaxt Osmanlı silləsi vurulmayıb. Türkiyəni ürəkləri istəyəndə girib-çıxdıqları, ağıllarına gələn hər şeyi edib, sonra hesabını vermədikləri ilə səhv salırlarsa çox yaxında belə olmadığını görəcəklər”.
Boyukmillet.com-ın İstiPress-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident “bizi vursalar əvəzini çıxacağıq” deyən amerikalı generalın cavabını verib.
“Az qala bizdən terrorçulara təslim olmağımızı istəyirlər. Bu necə NATO üzvlüyüdür? Türkiyə NATO qaydalarına necə riayət edirsə, ABŞ-da elə etməlidir. NATO bərabərdir ABŞ deyil. Sən durub YPG, PYD terrorçu deyil deyib, onlara silah verirsən. İmkanın var rahat-rahat bölgəyə girirsən. Bu vaxta kimi 550 milyon dollar civarında maliyyə yardımı edilib. Necə dənə İŞİD üzvi yox etmisiz? İŞİD-ı hara köçürmüsüz? Artıq heç kimin bu bəhanədən istifadə etməyə haqqı yoxdur. Çünki hamısı bu gün İŞİD-la əlbirdirlər. Suriyada İŞİD teatrının sonu gəldi”.
Ərdoğan birbaşa hədəflərində amerikalıların olmadığını da deyib. Ancaq onların yanlarında duranlar da daxil olmaqla bütün terrorçular məhv ediləcək.
“Bizim nə kiməsə verəcəyimiz bir qarış torpağımız, nə də fəda edəcək bir övladımız var. Bu torpaq qanla yoğrulub. Başqa vətənimiz yoxdur”.
 
Boyukmillet.com

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir