Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

REAL sədri Prezident Administrasiyasına çağırıldı

Prezident Administrasiyasında REAL Partiyasının sədri İlqar Məmmədovla görüş keçirilib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə İlqar Məmmədov özü bildirib.“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik.Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”, – deyə o qeyd edib. 

Check Also

Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb

Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G.Məmmədova …