Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Respublika müsabiqəsinin qalibləri bəlli olub

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda respublika müsabiqəsinin final mərhələsi keçirilib.

Trend-in məlumatına görə, 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında ölkə prezidentinin 12 yanvar 2015-il tarixli sərəncamına və “2016-2025-ci illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət proqramı”na uyğun olaraq Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmin edilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi məqsədilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı ilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda 16-18 noyabr 2016-cı il tarixdə Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisində müsabiqəsinin stendini nümayiş etdiririldi və “Bakı Biznes Mərkəzində” məktəblilərin Respublika müsabiqəsinin final mərhələsi keçirilib.

Bir il ərzində məktəblilər ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların səmərəli istifadəsi, bərpası və mühafizəsinə dair nәzәri vә praktik biliklәr öyrәnilmişdir. Keçirilən müsabiqənin 8 zona mərhələsində 9 nominasiya “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə 1500 iştirakçıdan 100 məktəbli yekun mərhələsində iştirak etmək hüququ qazanmışdır. Respublika üzrə 31 şəhər və rayon bu müsabiqədən qeydiyyatdan keçib və final mərhələsində Dağlıq Şirvan zonası üzrə Şamaxı, Qobustan, İsmayıllı, Ağsu; Gəncə-Qazax zonası üzrə Gəncə, Göygöl, Şəmkir, Goranboy, Tovuz, Qazax; Naxçıvan zonası üzrə Naxçıvan; Aran zonası üzrə Göyçay, Salyan, Ağdam, Hacıqabul, Ucar, Yevlax, Bərdə; Lənkaran-Astara zonası üzrə Lənkəran; Şəki-Zaqatala zonası üzrə Şəki, Oğuz, Balakən, Zaqatala, Qax; Bakı-Abşeron zonası üzrə Bakı, Sumqayıt və Şabran rayonunun orta ümumtəhsil məktəblərinin şagirdlərinin, rayon ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri iştirak ediblər.

18 noyabr 2016-cı il tarixdə “Bakı Biznes Mərkəzində” Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultan-zadə Respublika müsabiqəsinin final mərhələsinin rәsmi açılışında iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. İlkin təqdimatda Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərüfatı məhsullarının əldə edilməsində məktəblilərin görülmüş işlər barədə ətraflı məlumat verildi. Tədbirdə mәktәblilәrin qarşısında Təhsil Nazirliyi Məktəbdənkənar Fəaliyyətinin Təşkili Şöbəsinin müdiri Vasif Məmmədov, Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik Şöbəsinin müdir müavini Seymur Səfərli, Milli Məclis Təbii Ehtiyatlar Ekologiya və Energetika şöbəsinin sektor rəhbəri Şamil Hüseynov, Ukraynanın Azərbaycandakı səfiri Oleksandr Mischenko çıxış edәrәk ölkәmizdә aqrar sektorun inkişafının vә gәnc nәslin bu istiqamәtә yönlәndirilәsinin vacibliyi haqqında geniş fikirlәr söylәdilәr. Gənc tədqiqatçılara təqdim olunan seçimlər nəzərə alınaraq müsabiqədə müxtəlif aqrar bölmələr üzrə hazırlanmışdır. Uğurlu çıxışların sonunda gənc tədqiqatçılar qızıl medal, diplom və sertifikatlara layiq görülüblər.

Nominasiyalar üzrə qaliblər: “Dənli bitkilər” – I yer Seyidov Ayxan (kollektiv – Qobustanı), II yer İsmayılova Minurə (Tovuz); “Heyvandarlıq” – I yer Cabbarlı Dəniz (kollektiv – Bakı), II yer Aslanzadə Sahil (Tovuz), III yer Nağıyev Ramil (Tovuz); “Subtropik bitkilər” – I yer Səfərli İlkanə (kollektiv – Lənkaran), II yer Seyidzadə Kamran (kollektiv – Lənkaran); “Gülçülük” – I yer Əlizadə Fidan (kollektiv – Bakı), II yer Haqverdiyeva Leyla (kollektiv – Bakı), III yer Seyidova İlqarə (kollektiv – Bakı) və Həmzəyeva Almaz (kollektiv – Bakı); “Meyvəçilik” – I yer Əliyeva Elza (Balakən), II yer Teymurova Kamilla (Hacıqabul), III yer Vəliyev Elbəy (Bakı); “Arıçılıq” – I yer Yusif Həsənov (Balakən), II yer Xanım Ömərova (ailə – Zaqatala), III yer Qurbanova Səbinə (kollektiv – Şamaxı); “Tərəvəzçilik” – I yer İsmixanova Aysu (Gəncə), II yer Kələntərli Leyla (Bakı), III yer Nəcəfova Zərnigar (Bakı); “Meşə məhsulları” – I yer Şirəliyev Elsevər (kollektiv – İsmayıllı), II yer Əlizadə Firəvan (kollektiv – Bakı), III yer Əliyeva Aytac (Hacıqabul).

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir