Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

“Retro” istirahət mərkəzində qadını öldürən şəxs özünü qismən təqsirli bilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

E.Əhmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Daha sonra zərərçəkmişin hüquqi varisinin məhkəməyə gəlmədiyi elan olunub. Hakim bildirib ki, həmin şəxs məhkəməyə məktub göndərib: “O, təqsirləndirilənin dindirilməsinin özünün də iştirakı ilə keçirilməsini istəyir. Buna görə də Elməddin Əhmədovun dindirilməsi saxlanılır”.

Məhkəmənin baxış iclası noyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata əsasən, 2016-cı ilin yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Məlumata əsasən, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini E.Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan E.Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir