Çərşənbə axşamı , 10 Noyabr 2026
Drone Cameras

Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır

İranla ABŞ arasında danışıqlar aparılmır.

Boyukmillet.com xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

“Vurğulayıram ki, hazırda amerikalılarla heç bir danışığımız yoxdur və Tehranla Vaşinqton arasında dialoq getmir”, – o bildirib.

Rezai xatırladıb ki, İranın şərtləri Vaşinqtona göndərilib:

“Amerikalılardan şərtlərimizə açıq və aydın cavab vermələrini istəmişik, lakin indiyə qədər belə bir cavab təqdim etməyiblər. Amerikanın cavabı aldadıcıdır.

İranla danışıqların davam etdirilməsi və Qətərdə görüşün keçirilməsi ilə bağlı bütün iddiaları yalandır. Hörmüz boğazı İranın 7 şərti yerinə yetirilənə qədər açılmayacaq”.

Bunun davamı olaraq Rezai bildirib ki, onun ABŞ Vitse-prezidenti Cey Di Venslə görüşü planlaşdırılmır. “Mənim Venslə görüşümün planlaşdırılması haqqında yayılan xəbərlər tamamilə yanlış və əsassızdır”, – o deyib və əlavə edib ki, ABŞ-nin danışıqların davam etdirilməsi ilə bağlı iddiaları iqtisadi təzyiqləri azaltmaq və neftin qiymətini aşağı salmaq məqsədilə irəli sürülüb.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio İranın qabartdığı 7 şərti absurd adlandırıb.

Check Also

SEPAH Hörmüzdə neft tankerlərinin partlayışına görə ABŞ-ni günahlandırıb

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üçüncü neft tankerinin minaya düşərək partladığını bildirib və …