Cümə axşamı , 19 Mart 2026
Drone Cameras

Rio-2016: Üzgüçümüz gümüş medal qazandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə arxası üstə üsulu ilə üzmə yarışlarında iştirak edən azərbaycanlı üzgüçü Roman Saley gümüş medal qazanıb.

 

Trend-in məlumatına görə, R.Saley məsafəni 1:00,91 dəqiqəyə qət edərək ikinci olub.

Sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. İdmanın 6 – cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici “London-2012” ilə müqayisədə çoxdur.

Qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımız 64 qızıl, 57 gümüş, 40 bürünc olmaqla 161 medal qazanıblar.

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir