Bazar , 22 Mart 2026
Drone Cameras

Rövşən Lənkəranskinin adamı atışma zamanı öldürüldü

Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi.
 
Sfera.az bildirir ki, bu barədə Criminal.Az saytına mərhumun “bratva”sı (dostu) Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb. 

Köçəri dəfn olunması üçün doğulduğu Bərdə rayonuna aparılıb. 

K.Sumqayıt mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin klanının üzvü olub. “Qanuni oğru” Dato Ağcabədinski, Dadaş və Ruslan qardaşları ilə yaxın münasibəti olub. K.Sumqayıt Azərbaycanda məhkumluq həyatı yaşayıb. Həbsxanada vəziyyət yaradıb. 

Atışmanın hansı qruplaşmalar arasında baş verməsi hələlik məlum deyil. Əlavə məlumat veriləcək. 
 

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir