Bazar , 22 Dekabr 2024
Drone Cameras

Rüfət Quliyev: “Rusiya Dövlət Dumasına seçkilər şəffaf keçirilib”

Sentyabr ayının 18-də Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə Milli Məclisin deputatı – MDB Parlamentlərarası Assambleyası siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini Rüfət Quliyev Sankt-Peterburq şəhərində müşahidəçi qismində seçkiləri izləyib.

“OLAYLAR”-ın xəbərinə görə, MDB Parlamentlərarası Assambleyanın Sankt-Peterburq şəhərindəki müşahidəçilər qrupunun koordinatorunun tapşırığına əsasən koordinatorun müavini vəzifələrini yerinə yetirən Rüfət Quliyev keçirdiyi müşavirədə bildirib ki, MDB PA Assambleyasının beynəlxalq müşahidəçiləri qrupunun tərkibi MDB ölkələrinin parlament üzvləri, qanunverici hakimiyyətlərin üzvləri, MDB PA Assambleyası katibliyinin əməkdaşları və Monitorinq keçirən Beynəlxalq İnstitutun ekspertləru də daxil olmaqla 52 nəfərdən ibarət olub. Müşahidəçilər qrupunun üzvləri Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində seçkilərin gedişini izləyiblər. Seçkilər başa çatdıqdan sonra deputat Rüfət Quliyev MDB PA Assambleyasından olan müşahidəçilər üçün seçkilərin monitorinqi ilə əlaqədar yekun müşavirə keçirib. Rüfət Quliyev və çıxış edən digər müşahidəçilər bildiriblər ki, müşahidə etdikləri seçki məntəqələrində seçkilər olduqca şəffaf keçib, bütün məntəqələr videomüşahidə kameraları ilə təchiz olunub və zəruri beynəlxalq standartlara cavab verən seçki mühiti yaradılıb. Seçkilərdə seçicilərin fəallığı da diqqət çəkmişdir. Seçkilər zamanı seçicilər üçün öz iradələrini ifadə etmək, istədikləri namizədə sərbəst surətdə səs vermək üçün bütün lazımi şərait yaradılıbdır. Seçkilər prosesində heç bir əhəmiyyətli pozuntu halları baş verməyib. Bir sözlə, seçkilərə təşkilati hazırlıq çox yüksək səviyyə təşkil olunduğundan, demokratik prinspilərə tam əməl olunduğundan seçkilər də demokratik şəkildə keçmiş və seçicilər öz seçimlərini ediblər. Müşavirənin iştirakçıları monitorinqin nəticələrinə görə yekun sənəd qəbul ediblər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir