Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə Prezidenti Nikuşor Dan sosial şəbəkə səhifəsində məlumat verib.

O qeyd edib ki, PUA yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 9:30-da) Sfıntu-George şəhərindən təxminən 10 km qərbdə vurulub.

Rumıniya Prezidenti vurğulayıb ki, PUA “F-16” qırıcılarından istifadə edilməklə vurulub. Bununla belə, dronun mənşəyi dəqiqləşdirilmir.

Qeyd edək ki, ötən gün Rumıniya lideri ölkənin hava məkanına qanunsuz daxil olan dronun vurulduğunu bəyan etmişdi.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …