Çərşənbə axşamı , 12 May 2026
Drone Cameras

Rusiya arsenalındakı strateji bombardmançıların SAYI AÇIQLANDI – ŞOK SİYAHI

Rusiya Hərbi Hava Qüvvələrinin arsenalında olan strateji bombardmançı təyyarələrin cari vəziyyəti barədə geniş siyahı dərc edilib.

Boyukmillet.com xəbər verir ki, “AviVector” tərəfindən 2026-cı ilin aprel ayı üçün hazırlanan bu siyahıda “Tu-160” tipli təyyarələrin göyərtə nömrələri, adları və hazırkı statusları əks olunub.

Sənədə əsasən, hazırda Rusiya ordusunda əksəriyyəti “Tu-160M” modifikasiyası olan onlarla təyyarə aktiv xidmətdədir. Bu təyyarələr arasında “Nikolay Kuznetsov” (RF-94100), “Pavel Taran” (RF-94101), “İqor Sikorski” (RF-94103) və “Andrey Tupolev” (RF-94111) kimi məşhur şəxslərin adını daşıyan bombardmançılar yer alır. Siyahıda qeyd olunan 17 təyyarənin “In Service” (Xidmətdə) statusunda olduğu bildirilir.

Bundan əlavə, məlumatlarda daha müasir “Tu-160M2” modelinə aid bir neçə təyyarənin də adı keçir. Onların arasında “Valentina Tereşkova” və “Mintimer Şaimiev” kimi adlar olsa da, bu yeni modellərin əksəriyyətinin hazırkı statusu “Unknown” (Naməlum) olaraq göstərilib. Eyni zamanda, köhnə modellərdən olan bəzi təyyarələrin isə anbarda (In Storage) saxlanıldığı qeyd olunur.

Mütəxəssislərin fikrincə, Rusiyanın nüvə üçlüyünün mühüm hissəsi olan bu təyyarələrin modernləşdirilməsi prosesi davam edir.

Xüsusilə “Tu-160M2” seriyasının gələcəkdə strateji aviasiyanın əsas zərbə gücünü təşkil edəcəyi gözlənilir.

Check Also

Hantaviruslu xəstəni qəbul edən xəstəxananın 12 işçisi karantinə alındı

Niderlandın Nijmegen şəhərindəki Radboud Tibb Mərkəzinin on iki işçisi hantavirusa yoluxmuş xəstəni müalicə edərkən protokolları …