Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb

Rusiyanın “IrAero” aviaşirkəti V.P. Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın paytaxtına bütün yaz-yay cədvəli üzrə həftədə bir dəfə, cümə axşamı “Sukhoi Superjet 100” təyyarəsi ilə uçuşlar planlaşdırılır.

Nijni Novqoroddan Bakıya uçuşlar Rusiya vaxtı ilə saat 01:00-da həyata keçirilir. Təyyarə Azərbaycana saat 05:00-da çatacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportundan geri dönüş reysi həftədə bir dəfə, çərşənbə günləri saat 21:00-da, Çkalov Beynəlxalq Hava Limanına eniş isə saat 23:00-da həyata keçirilir.

Check Also

Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib

Azərbaycan və 125 digər ölkə Pakistana səfər etmək üçün pulsuz viza ala bilər. Boyukmillet.com xəbər verir …