Rusiya mövcud birgə iş planının icrası başa çatdıqdan sonra Azərbaycanla 2027-2028-ci illər üçün parlamentlərarası əməkdaşlığın yeni “Yol xəritəsi”nin hazırlanmasına başlamağı nəzərdə tutur.
Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər 2024-2026-cı illər üzrə parlamentlərarası əməkdaşlığın “Yol xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrasını davam etdirirlər.
“Biz bu tədbirləri diqqətlə izləyirik və parlamentlərarası komissiyanın növbəti iclasını keçirəndə artıq növbəti dövr – 2027-2028-ci illər üçün “Yol xəritəsi”ni hazırlayacağımıza ümid edirik”, – Yatskin bildirib. O qeyd edib ki, bu işə əvvəlcədən başlamaq və iki ölkənin parlamentlərinin aidiyyəti qurumlarına müvafiq təkliflərin hazırlanmasını tapşırmaq lazımdır.
Federasiya Şurası sədrinin birinci müavini həmçinin komissiya iclasının gündəliyinə daxil edilmiş səhiyyə və təhsil məsələlərinin vacibliyini vurğulayıb.
“Hesab edirəm ki, bu, həm humanitar əməkdaşlıq çərçivəsində, həm də bütövlükdə insan münasibətlərinin inkişafı üçün çox vacib mövzudur”, – o bildirib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
