Şənbə , 21 Mart 2026
Drone Cameras

Rusiya Donetsk vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinə hücum edib, 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Boyukmillet.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.

Onun sözlərinə görə, Drobışevoda 3, Alekseyevo-Drujkovkada isə 2 nəfər ölüb.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.

Check Also

ABŞ-nin Federal Təhqiqat Bürosu istefa vermiş antiterror rəsmisinə qarşı təhqiqata başlayıb

ABŞ-də Federal Təhqiqat Bürosu ölkənin yüksək səviyyəli terrorla mübarizə rəsmilərindən biri olmuş Cozef Kent barədə …