Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) daha iki Ermənistan müəssisəsinin balıq məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Rusiya nəzarət qurumundan məlumat verilib.

“Rosselxoznadzor”da xatırladıblar ki, daha əvvəl aşkar olunmuş sistem pozuntuları ilə əlaqədar iki müəssisə istisna olmaqla, bütün istehsalçıların balıq məhsullarının sertifikatlaşdırılmasının müvəqqəti dayandırılması üçün Ermənistan tərəfinə müraciət etmişdilər.

Lakin təqdim olunmuş materialların təhlilinə əsasən, Rusiya tərəfi məhdudiyyətlərin həmin müəssisələrə də şamil edilməsinin zəruriliyi qənaətinə gəlib.

Beləliklə, hazırda Ermənistandan Rusiyaya balıq məhsullarının tədarükü tamamilə dayandırılıb.

Check Also

Paşinyan Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası üzərində çalışdıqlarını DEYİB

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən …