Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Rusiya ilə Ermənistan Türkiyə və Azərbaycan sərhədlərinə qədər olan dəmir yolunun bərpasını müzakirə ediblər

Rusiya və Ermənistan Gümrü – Axurik – Türkiyə sərhədi və Yerasx – Azərbaycan sərhədi (Naxçıvan Muxtar Respublikası) dəmir yolu infrastrukturunun bərpası və tikintisi ilə bağlı məsələləri müzakirə edib.

Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, İrəvanda Ermənistan nazir müavini Armen Simonyan və Rusiya nəqliyyat nazirinin müavini Dmitri Zverev arasında danışıqlar baş tutub.

“Tərəflər Gümrü – Axurik – Türkiyə sərhədi və Yerasx – Naxçıvan sərhədi dəmir yolu infrastrukturunun bərpası və tikintisi ilə bağlı məsələləri nəzərdən keçiriblər. Həmçinin avtomobil və hava nəqliyyatı sahəsində əməkdaşlığın hazırkı səviyyəsinə toxunulub və əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub”, – bəyanatda bildirilib.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …