Bir müddətdir ki, Suriyada Rusiya və İran hərbi birlikləri arasında gərginlik yaşanmaqdadır. Artıq bu gərginliklər son dövrlərdə hərbi toqquşmalarla müşaiyət olunur. Belə ki, son bir həftə ərzində Suriyadakı Rusiya və İran hərbi birlikləri, İran dəstəkli qruplar arasında iki toqquşma baş verib və hər iki qanlı toqquşmada xeyli sayda insan itkisi var.
Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Suriyada Əsəd rejiminə bağlı Rusiya dəstəkli və Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi İran dəstəkli qüvvələrə arasında növbəti toqquşma baş verib.
Bu toqquşma zamanı tərəflərin 70-dən artıq hərbçisinin öldüyü bildirilir.
Yanvarın 29-da Suriyanın Hama vilayətinin qərb hissəsində Rusiyaya aid iki müşahidə məntəqəsi arasında Rasif kəndində hərbi toqquşma olub. Bəşər Əsədin qardaşı Mahirin nəzarətində olan İrandəstəkli qüvvələr Rasif kəndini Rusiya dəstəkli qüvvlərdən alıb.
Yerli mənbələrin verdiyi məlumata görə, bu toqquşmaların Remle, Kabir Fidda və Krim kəndlərini əhatə edə biləcəyi gözlənilir.
Əsəd rejiminə məxsus güclər arasındakı toqquşmalar bundan öncə Hamanın Şatha, Brediç, Haydarayye, İnnab kəndlərində yaşanıb. Bu zaman ən azı 70 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.
Azad Suriya Ordusunun sözçüsü Məhəmməd Raşit “Anadolu”ya açılamasında deyib ki, Rusiya İran dəstəkli qüvvələrin hərbi müxalifətlə təmasda olmasını istəmir. Qarşıdurmanın digər səbəblərə görə baş verdiyi bildirilir. Belə ki, qruplar arasında ticarət yollarına nəzarət, kəsdikləri xərac və sair kimi məsələlərdə maraqları toqquşur