Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Rusiya ordusu Kiyevi dron və raketlərlə vurdu

Ukraynanın paytaxtı Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub.

Boyukmillet.com APA-ya istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə qüvvələri aktiv fəaliyyət göstərir.

İntensiv hava hücumları nəticəsində şəhərin bəzi yerlərində yanğın baş verib, dağıntılar var.

Kliçko paytaxtın şimal hissəsində elektrik xətlərinin zədələndiyini və 140 min abonentin elektrik enerjisiz qaldığını deyib.

Raket hücumu nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

İnsanlara sığınacaqlarda qalmaq tövsiyə olunur.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …