Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

Rusiya və Avropa mediasında Naxçıvanla bağlı məqalə yerləşdirilib

NUHÇIXAN xəbər verir ki, Rusiyanın 123ru.net və Avropanın webnewswire.com xəbər saytlarında naxçıvanlı jurnalist Sara Əzimovanın fransız dilində “Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə müəllif əvvəlcə “Planetin cinayətsiz regionu”, “Nuh peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlarını özündə qürurla daşıyan Naxçıvan Muxtar Respublikası haqqında oxuculara məlumat verib. Yazıda Naxçıvan Muxtar Respublikasının ibtidai icma, antik, orta əsrlər və yeni dövr tarixinin maddi-mədəniyyət nümunələri ilə zəngin bir diyar olduğu qeyd edilib. Muxtar respublikanın turizm potensialı haqda məlumat verilib. Buraya gələn turistlər Naxçıvan torpağında dünyada bənzəri olmayan bir çox tarixi abidələrlə tanış olurlar. Məqalədə “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti, Darıdağ Arsenli Su Müalicəxanası, Batabat, Nuh Peyğəmbərin məzarüstü  türbəsi, Əshabi-Kəhf ziyarətgahı və Əlincəqala haqqında söz açılıb. Xarici mətbuatda belə yazıların verilməsində məqsəd xarici turistləri Naxçıvana cəlb etməkdir.

Check Also

O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik” O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir