Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Rusiya Xarkov vilayətini vurdu: yaralılar var

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kovşarovka kəndini atəşə tutub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov məlumat yayıb.

“Atəş nəticəsində 73, 85 və 90 yaşlı 3 nəfər, o cümlədən hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq xəsarət alıb. Bununla yanaşı, kənddə yataqxana binası, 2 fərdi yaşayış evi və qaz xətti zədələnib”, – vilayət rəhbəri bildirib.

O eyni zamanda qeyd edib ki, Rusiya ordusu Qluşkovka kəndini də atəşə tutublar:

“Orada 60 yaşlı qadın yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib”.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …