Cümə , 14 Mart 2025
Drone Cameras

Rusiyada meşə yanğınının sahəsi 3 milyon hektar ərazini əhatə edir

Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası Krasnoyarsk diyarı ərazisindəki meşə yanğınlarını söndürməyə başlayıb.

boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

Rusiya Föqəladə Hallar nazirinin birinci müavini Aleksandr Çupriyanın sözlərinə görə, Sibirdə tayqa və Uzaq Şərqdə 3 milyon hektar sahə yanır: “Bu rəqəmin artacağı ehtimal edilir”.

Bildirilib ki, hazırda meşə yanğınları ilə əlaqədar İrkutsk vilayəti, Krasnoyarsk diyarı, Buryatiya Respublikasının iki rayonu və Saxa (Yakutiya) Respublikasının bir rayonunda fövqəladə vəziyyət rejimi elan edilib.

Check Also

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …