Şənbə , 24 Oktyabr 2026
Drone Cameras

Rusiyada mühüm kompleks vuruldu – Sulfat turşusu borusu partladı

Ukrayna ötən gecə Rusiya ərazisindəki obyektlərə dron hücumlarını davam etdirib.

Boyukmillet.com xəbər verir ki, əsas hədəflərdən biri Voloqdada yerləşən Apatit ASC-nin Ammonia-3 azot kompleksi olub.

Voloqda vilayətinin qubernatoru Georgi Filimonov azot kompleksinə dron hücumu nəticəsində beş nəfərin xəsarət aldığını bildirib: “Dron hücumu nəticəsində Apatit ASC-nin Ammonia-3 azot kompleksində yüksək təzyiqli sulfat turşusu boru kəməri zədələnib. Yanğın baş verməyib. Hava keyfiyyətinin ölçmələri göstərib ki, icazə verilən maksimum konsentrasiya aşılmayıb. Beş nəfər xəsarət alıb (sulfat turşusu yanıqları), onların hamısı 3 nömrəli Voloqda Regional Xəstəxanasına yerləşdirilib”.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …