Çərşənbə , 8 May 2024
Drone Cameras

Rusiyada sərhəd gərginliyi: 1 həftədə 50 kəşfiyyat təyyarəsi “tutulub”

Rusiya sərhədləri yaxınlığında yaranan gərginliklər artmaqdadır.

Boyukmillet.com xəbər verir ki, silahlı qüvvələrin “Krasnaya Zvezda” nəşrinin yazmasına görə, Müdafiə Nazirliyi yeni sərhəd gərginlikləri barədə məlumat yayıb. Məlumatda deyilir ki, son bir həftə ərzində Rusiyanın radiolokasiya sistemləri ölkə sərhədləri yaxınlığında qırx xarici kəşfiyyat təyyarəsini izləyib.

“Xarici ölkələrə məxsus qırx kəşfiyyat təyyarəsi, on kəşfiyyat PUA -sı sərhədlərimiz boyunca hava kəşfiyyatı aparıb. Radarlarımız onları müşayiət edib”,- nəşr nazirliyin bəyanatına istinadən yazıb.

Xəbərdə o da bildirilir ki, Rusiyanın dövlət sərhədinin pozulması halı aşkarlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Sergey Şoyqu NATO qüvvələrinin Rusiya və Belarusiya sərhədləri yaxınlığındakı fəaliyyətindən narahatlığını ifadə etmişdi.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …